Azərbaycan millisinin keçmiş futbolçusu Rüfət Dadaşov çıxış etdiyi Berlin "Dinamo"sunu məğlubiyyətdən xilas edib.
İdman.biz xəbər verir ki, paytaxt klubu Almaniyada Şimal-Şərq Regionalliqanın sonuncu - 34-cü turu çərçivəsində evdə "Zvikkau" ilə heç-heçə edib - 2:2.
Bütün matçı meydanda keçirən Dadaşov 80-ci dəqiqədə komandasının ikinci qolunu vuraraq hesabı bərabərləşdirib və “Dinamo”ya 1 xal qazandırıb.
Berlin klubu xalını 49-a çatdıraraq mövsümü 8-ci yerdə, Dadaşov isə 14 qolla başa vurub.
Qeyd edək ki, 33 yaşlı forvard 2013-2019-cu illərdə Azərbaycan millisinin heyətində 24 oyunda 5 qol vurub. O, 2023-cü ildən "Dinamo"nun formasını geyinir.
İdman.biz