PSV 26-cı dəfə Niderland çempionluğunu qazanıb

Xəbərlər
18 May 2025 20:32
32
PSV 26-cı dəfə Niderland çempionluğunu qazanıb

PSV futbol üzrə Niderland çempionu olub.

İdman.biz xəbər verir ki, son turda Eyndhoven təmsilçisi doğma meydanda "Sparta"nı 3:1 hesabı ilə məğlub edib.

Peter Bosun komandası 79 xal toplayıb və tarixində 26-cı dəfə Niderland çempionluğunu qazanıb.

Mövsümün bitməsinə 5 tur qalmış doqquz xalla öndə olan "Ayaks" 78 xalla ikinci yeri tutub. İlk üçlüyü 68 xalla “Feyenoord” tamamlayıb.

İdman.biz