Ukrayna millisinin qapıçısı Andrey Lunin yayda klubunu dəyişə bilər.
İdman.biz Türkiyənin "Takvim" nəşrinə istinadən xəbər verir ki, ukraynalı futbolçu oyun praktikasının olmaması səbəbindən "Real"dan ayrılmağı düşünür.
Mənbənin məlumatına görə, Lunini transfer etmək istəyən əsas favoritlər “Qalatasaray” və “Fənərbaxça”dır. Artıq “Fənərbaxça” Luninin agenti Xorxe Mendeşlə əlaqə yaradıb və yaxın vaxtlarda danışıqlara başlanacaq.
Qeyd edək ki, Andrey cari mövsümdə 12 oyun keçirib və 19 qol buraxıb. Ukraynalı qolkiperin bu mövsümdə etdiyi bir məhsuldar ötürməni 30 ildən artıqdır ki, heç bir “Real” qapıçısı La Liqada bacarmayıb.
İdman.biz