Region Liqasının mükafatçıları Qəbələdə müəyyənləşəcək

Xəbərlər
15 May 2025 23:19
44
Region Liqasının mükafatçıları Qəbələdə müəyyənləşəcək

AFFA Region Liqasının 2024/2025-ci illər mövsümünün final və 3-cü yer uğrunda oyununun yeri və başlama saatı müəyyənləşib.

İdman.biz xəbər verir ki, yarışın həlledici matçları mayın 22-də Qəbələdə təşkil olunacaq.

İlk olaraq saat 14:00-da Qəbələ şəhər stadionunun ehtiyat meydançasında III yer uğrunda qarşılaşma keçiriləcək. Final oyunu isə saat 17:00-da Qəbələ şəhər stadionunun əsas meydançasında baş tutacaq.

Qeyd edək ki, AFFA Region Liqasının yarımfinal mərhələsinin ilk oyunları dünən keçirilib. Cavab görüşləri mayın 18-də olacaq.

İdman.biz