Avropanın milli çempionatlarında ən çox qol vuran futbolçuya verilən “Qızıl buts” uğrunda mübarizədə favoritlər bəlli olub.
İdman.biz xəbər verir ki, La Liqanın “Malyorka” ilə oyununda (2:1) fərqlənən Kilian Mbappe mövsümdə 28-ci çempionat qoluna imza atıb.
“Real”ın fransalı forvardı bununla da 1-ci yerlə fərqi minimuma endirib. Mbappe Viktor Qyokereşdən bir xal geri qalır. Məhəmməd Salahla eyni göstəriciyə malik fransalı isveçli bombardirin əsas rəqibləridir.
Viktor Qyokereş (“Sportinq”) – 57 xal (38 qol)
Kilian Mbappe (“Real”) – 56 (28)
Məhəmməd Salah (“Liverpul”) – 56 (28)
Harri Keyn (“Bavariya”) – 50 (25)
Robert Levandovski (“Barselona”) – 50 (25)
Mateo Retequi (“Atalanta”) – 48 (24)
Aleksander İsak (“Nyukasl”) – 46 (23)
Mika Bieret (“Şturm”, “Monako”) – 42,5 (24)
Usman Dembele (PSJ) – 42 (21)
Erlinq Haland (“Mançester Siti”) – 42 (21)
İdman.biz