“Kəpəz”in rəqibini vuran futbolçusuna CƏZA

Xəbərlər
14 May 2025 13:39
33
“Kəpəz”in rəqibini vuran futbolçusuna CƏZA

“Kəpəz”in futbolçusu Nemət Musayev cəzalanıb.

İdman.biz xəbər verir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.

Əvəzedici komandanın futbolçusu XXXIV turda “fərqlənib”. O, “Kəpəz-2” – “Sumqayıt-2” oyununun 39-cu dəqiqəsində rəqibi vurduğuna görə birbaşa qırmızı vərəqə allb.

AFFA Musayevi 4 matçlıq cəzalandırıb. Gəncə təmsilçisi 300 manat cərimələnib.

İdman.biz