I Liqanın qalibinin mükafat alacağı vaxt dəqiqləşib

Xəbərlər
13 May 2025 22:04
52
I Liqanın qalibinin mükafat alacağı vaxt dəqiqləşib

Azərbaycan I Liqasında 2024/2025 mövsümünün qalibi olan "Qəbələ"yə qızıl medallar XXVI turda təqdim olunacaq.

İdman.biz xəbər verir ki, təltifetmə mərasimi mayın 15-də Qəbələ şəhər stadionunda baş tutacaq.

"Qəbələ" saat 16:00-da start götürəcək “Zaqatala” ilə qarşılaşmadan sonra çempionluq kuboku və medallarla mükafatlandırılacaq.

İdman.biz