Dünya reytinqi: “Qarabağ”, “Sabah”, “Araz-Naxçıvan” irəliləyib, "Zirə" geriləyib

Xəbərlər
11 May 2025 15:27
103
Dünya reytinqi: “Qarabağ”, “Sabah”, “Araz-Naxçıvan” irəliləyib, "Zirə" geriləyib

Klubların 2025-ci ilin may ayı üçün dünya reytinqi açıqlanıb.

İdman.biz xəbər verir ki, IFFHS-in cədvəlində planetin 499 ən yaxşı komandası yer alıb.

Siyahıda Azərbaycanın da 4 klubu yer alıb.

“Qarabağ” 143,5 xalla dünyada 114-cüdür. Ölkə çempionumuz ötən ayla müqayisədə 10 pillə irəliləyib.

“Zirə” 94,5 xalla 233-cü mövqedə qərarlaşıb və ötən reytinqlə müqayisədə 13 pillə geriləyib.

26 pillə irəliləyən “Sabah” isə 68,5 xalla 367-cidir.

Dünya reytinqində yer alan “Araz-Naxçıvan” 58,75 xalla 454-cüdür. Naxçıvan təmsilçisi 38 pilləlik sıçrayışla irəliləyib.

Qeyd edək ki, cədvələ 490 xalla “Real” başçılıq edir.

İdman.biz