Renat Dadaşovun komandası qələbəsiz seriyaya son qoyub - VİDEO

Xəbərlər
10 May 2025 19:27
42
Renat Dadaşovun komandası qələbəsiz seriyaya son qoyub - VİDEO

Azərbaycan yığmasının hücumçusu Renat Dadaşov Polşa çempionatında növbəti oyununu keçirib.

İdman.biz xəbər verir ki, onun çıxış etdiyi "Radomyak" 32-cu turda öz meydanında "Poqon"la qarşılaşıb.

Start heyətində yer alan Renat 72 dəqiqə meydanda olub. Futbolçumuzun komandası 2:0 hesabı ilə qalib gəlib. Radom təmsilçisi bu nəticə ilə 5 oyunluq qələbəsiz seriyaya son qoyub.

Qeyd edək ki, fevraldan "Radomyak"da çıxış edən Dadaşov 10 oyunda iki qol və iki ötürmə ilə yadda qalıb.

İdman.biz