Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür.
İdman.biz xəbər verir ki, bununla bağlı Peşəkar Futbol Liqası videosüjet hazırlayıb.
Süjetdə “Neftçi”nin veteran futbolçuları Maşallah Əhmədov və İqor Ponomaryov Ulu Öndərlə bağlı xatirələrini bölüşüblər.
Onlar bildirib ki, harada futbol oynayırdılarsa, Ümummilli Lider onları diqqətdə saxlayırdı: “Biləndə ki, Heydər Əliyev oyuna baxmağa gələcək gücümüz sanki ikiqat artırdı".
İdman.biz