“Neftçi”nin zədəli futbolçularının durumuna aydınlıq gəlib.
Klubdan İdman.biz-ə verilən məlumata görə, “ağ-qaralar” Misli Premyer Liqasının 34-cü turunda “Turan Tovuz”la matça itkilərlə çıxacaq.
Emil Səfərov, Robert Bauer, Rafael Quzzo, Ramil Şeydayev, Höccət Haqverdi və Yuri Matias zədə səbəbindən, Elvin Camalov isə cəzalı olduğu üçün səfər görüşünü buraxacaqlar.
“Neftçi” artıq matçın hazırlığı yekunlaşıb. “Ağ-qaralar” bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqinə çıxıb. Hazırlıq prosesindən sonra komanda Tovuza yola düşüb.
Qeyd edək ki, mayın 10-da Tovuz şəhər stadionunda keçiriləcək “Turan Tovuz” – “Neftçi” oyunu saat 19:30-da başlanacaq.
İdman.biz