"Qarabağ"ın bu mövsümkü çempionluğu da mənim üçün sürpriz deyildi. Çünki bəlli strategiyası olan klubdur".
İdman.biz xəbər verirn ki, bunu "Qarabağ"ın sabiq forvardı Danilo Diaş Sportal.az-a açıqlamasında deyib.
O, Ağdam klubunun hegemonluğundan söhbət açıb. Diaşın fikrincə, "Qarabağ" ölkə kubokunun finalında "Sabah"a qalib gələ bilər: “Qarabağ” bu uğurlara birdən-birə çatmayıb. Orada stabil iş gedir, daim də inkişafa doğru irəliləyirlər, dayanmırlar. Bu mövsüm də çempion olacaqlarına əmin idim. Premyer Liqada hamıdan güclüdürlər. Bunun da nəticəsində elə çempionluqlarını rəsmiləşdirdilər. Məncə, uzun illər “Qarabağ”ın hegemonluğu davam edə bilər. Ölkə kubokunda da finaldadırlar. Əlbəttə ki, çempionluqları realdır. Düzdür, kubok bir oyundan ibarətdir. Hər bir komanda bu oyunu çıxara bilər. Amma fikrimcə, “Qarabağ” finalda da ən böyük favoritdir. Mən inanıram ki, yeni sezon avrokuboklarda da çox güclü “Qarabağ” görəcəyik və adət etdiyimiz kimi avrokuboklarda da mərhələlər keçərək uğurlara gedən “Qarabağ” görəcəyik".
İdman.biz