Avrokuboklar tarixində 6-cı dəfə İngiltərə klublarının iştirakı ilə final matçı baş tutacaq.
İdman.biz xəbər verir ki, Avropa Liqasının qalibi “Mançester Yunayted”lə “Tottenhem”in duelində bəlli olacaq.
Bunadək futbolun yaradıcıları 5 dəfə finalda üz-üzə gəliblər. 2008-ci ildə “Mançester Yunayted” “Çelsi”ni, 11 il sonra “Liverpul” “Tottenhem”i, 2021-ci ildə “Çelsi” “Mançester Siti”ni Çempionlar Liqasının həlledici görüşündə məğlub edib.
1972-ci ildə UEFA kubokunda “Tottenhem” “Vulverhempton”dan güclü olub. 2019-cu ildə “Çelsi” Avropa Liqasında “Arsenal”ı üstələyib.
Qeyd edək ki, 2019-cu ildə Avropa Liqasının finalı Bakıda keçirilib.
İdman.biz