Azərbaycanın 9 klubuna avrokuboklarda iştirak üçün lisenziya verilib - VİDEO

Xəbərlər
8 May 2025 16:35
118
Azərbaycanın 9 klubuna avrokuboklarda iştirak üçün lisenziya verilib - VİDEO

Azərbaycanın 9 klubu avrokuboklarda iştirak üçün zəruri olan tələblərə cavab verir.

İdman.biz xəbər verir ki, bu, AFFA-nın Lisenziya Komissiyasının iclasında bəlli olub.

Misli Premyer Liqasında çıxış edən 10 klubdan 9-si qitə kuboklarına qatılmaq üçün sənədləri təqdim ediblər. “Araz-Naxçıvan”, “Qarabağ”, “Neftçi”, “Sabah”, “Sumqayıt”, “Turan Tovuz” və “Zirə”nin müraciəti müsbət nəticələnib və lisenziya verilib. Onlardan üçü kənarda qalacaq ki, “Neftçi” və “Sumqayıt” artıq şansını itirib.

Üç komanda isə avrokubok üçün müraciət də etməyib. Bunlar “Şamaxı”, “Kəpəz” və “Səbail”dir.

İki komanda isə qadınların avrokubok yarışlarına lisenziya alıb. Bunlar “Neftçi” və “Sumqayıt”dır.

İdman.biz