Emmanuel Hakman: "Hələ də ümidimiz var"

Müsahibə
8 May 2025 00:26
61
Emmanuel Hakman: "Hələ də ümidimiz var"

“Turan Tovuz”un kapitanı Emmanuel Hakmanın futbolinfo.az saytına müsahibəsi

İdman.biz xəbər verir ki, o, komandanın Avropa kuboklarına vəsiqə qazancağına ümid edir.

– Son matçda “Zirə”yə 0:1 hesabı ilə məğlub oldunuz. Necə düşünürsən bu məğlubiyyətə səbəb nə idi?

– Deyim ki, yaxşı oyun keçirdik. Qələbə qazanmaq istəyirdik, ona görə də hücuma daha çox köklənməli olduq və yalnız bir əks-hücumda rəqib qol vurdu.

– Avrokubok şansınız qalır. Bacaracaqsız?

– Xal qazanmağın yeganə yolu oyunlarda qalib gəlməkdir ki, biz bunun üzərində işləyirik. Ümid edirik ki, nəticə əldə edəcəyik. Hamımız pozitiv düşünməliyik.

– Mövsümün ilk yarısı çox yaxşı idiniz. Amma ikinci yarıda komanda özünə bənzəmir. Əsas səbəb nədir?

– Düşünürəm ki, bəzən futbolda sizin yaxşı və pis anlarınız olur. Həm də zədəli futbolçularımızın sayı çoxdur. Lakin bu, oyunun bir hissəsidir. Ona görə də keçmişə diqqət yetirmirik, sadəcə məşqdə hər şeyi düzəltməyə və lazım olan nəticəni əldə etməyə çalışırıq.

– “Qarabağ”ı Azərbaycan Kubokunun finalında dəstəkləməyə hazırsız?

– Hələ də ümidimiz var və diqqətimizi liqanı yaxşı bitirməyə yönəlmişik. Liqa bitdikdən sonra kubokda nə olacağınızı birlikdə görəcəyik.

– Növbəti oyun heç bir iddiası qalmayan “Neftçi”yə qarşıdır. Onlara qalib gələ biləcəksiz?

– Hər oyuna qələbə niyyəti ilə çıxırıq. Ümidim çoxdur ki, qalib gələcəyik.

İdman.biz