Yaşar Vahabzadə: "Sponsor gələndə mütləq xarici məşqçi olmalıdır?"

Xəbərlər
7 May 2025 13:18
47
Yaşar Vahabzadə: "Sponsor gələndə mütləq xarici məşqçi olmalıdır?"

"Kəpəz"in sponsoru, şəraiti yox idi, yerli məşqçilər çalışırdı. İndi isə bazası, məşq meydançası var, gəlib legioner baş məşqçi işləməlidir?"

İdman.biz xəbər verir ki, bunu Sport24.az-a açıqlamasında "Kəpəz"in sabiq baş məşqçisi Yaşar Vahabzadə deyib.

Təcrübəli mütəxəssis Mirça Rednikin Gəncə klubunun baş məşqçi postuna dəvət olunmasına münasibət bildirib: "Hansı uğurlara görə Mirça Redniki gətirirlər? Böyük büdcə ilə "Xəzər Lənkəran"da nə etdi, hansı uğurlara imza atdı? Mən Azər Bağırovun qalmasının tərəfdarıyam. Komandanı Premyer Liqada saxlaması üçün əlindən gələni edir. Sponsor gələndə mütləq xarici məşqçi olmalıdır? Öz məşqçilərimizə nə olub ki? Zəhmət çəkib PRO kateqoriyasını oxuyublar. İşləri ilə sübut edirlər ki, Premyer Liqada çalışmağa layiqdirlər. Rednikin gəlməsinin qəti əleyhinəyəm. Şərait düzəlsin, nəticə olmasa, məşqçini dəyişərlər. Öz yerli məşqçilərimizə güvənmək lazımdır".

Qeyd edək ki, mətbuatda "Kəpəz"in rumıniyalı mütəxəssislə ilkin razılığa gəldiyi və tərəflərin 3 illik müqavilə imzalaya biləcəyi barədə xəbərlər dolaşır. 63 yaşlı rumıniyalı əvvəllər "Xəzər Lənkəran"ı da çalışdırıb.

İdman.biz