AFFA “Zirə”yə xəbərdarlıq edib.
İdman.biz xəbər verir ki, buna U-15 Liqasında keçirilən “Neftçi” – “Zirə” oyunu bitdikdən sonra baş verənlər səbəb olub.
“Zirə”nin baş məşqçisi Natiq Kərimi meydana daxil olaraq hakimin qərarına etiraz etdiyinə görə qırmızı vərəqə ilə kənarlaşdırılıb. Buna görə də çalışdırıcı 2 oyun cəzalanıb.
“Zirə”nin azarkeşləri hakimlərin üzərinə hücum çəkib, onların ünvanına təhqiredici ifadələr səsləndiriblər. Buna görə qəsəbə təmsilçisinə xəbərdarlıq edilib.
İdman.biz