Avropanın top komandalarının may reytinqi açıqlanıb.
İdman.biz xəbər verir ki, cədvəldə qitənin 400 ən yaxşı klubu yer alıb.
Siyahıya Azərbaycanın 4 təmsilçisi daxil edilib. Ölkəmizin ən yaxşısı “Qarabağ”dır. 278 xala malik Qurban Qurbanovun yetirmələri 66-cı sıradakı mövqeyini qoruyublar.
Bir pillə geriləyən “Neftçi” 19 xalla 260-cıdır. 4 xal az toplayan “Sabah” 276-cı pillədə qalıb. 2 addım irəliləyən “Zirə” 14 xalla 285-cidir.
Qeyd edək ki, siyahıya 2660 xala malik “Real” başçılıq edir.
İdman.biz