"Sumqayıt"ın iki aparıcı futbolçusu yeni müqavilə şərtlərini qəbul etməyib

Xəbərlər
6 May 2025 11:29
52
"Sumqayıt"ın iki aparıcı futbolçusu yeni müqavilə şərtlərini qəbul etməyib

"Sumqayıt" iki aparıcı oyunçusuna yeni müqavilə təklif edib.

İdman.biz Sport24.az-a istinadən xəbər verir ki, "kimyaçılar"ın rəhbərliyi mövsümün sonunda sözləşməsi başa çatan Elvin Bədəlov və Murad Xaçayevlə anlaşmanı uzatmaq istəyir.

Artıq hər iki futbolçu ilə ilkin danışıqlar olub. Ancaq hələ tərəflər arasında razılıq əldə olunmayıb. Hər iki oyunçu klubun təklif etdiyi ilkin şərtləri qəbul etməyib.

Qeyd edək ki, Bədəlov 2019-cu, Xaçayev isə 2018-ci ildən "kimyaçılar"ın şərəfini qoruyur.

İdman.biz