Dörd ayda 20 qol: Qyokereşi dayandıran tapılmır

Xəbərlər
3 May 2025 10:58
236
Dörd ayda 20 qol: Qyokereşi dayandıran tapılmır

2025-ci ildə keçirilən çempionat oyunlarında ən çox qol vuran futbolçular bəlli olub.

İdman.biz xəbər verir ki, İFFHS ilin ilk 4 ayında ölkələrinin yüksək liqalarında 11 və daha çox qol vuranların siyahısını açıqlayıb.

Cədvələ Viktor Qyokereş başçılıq edir. “Sportinq”in isveçli hücumçusu 4 ayda 20 qol vurub.

“Əl-Şorta” ilə İraq çempionatında 17 qola sevinən Məhəmməd Əli ikinci sırada yer alıb. “Üçlüy”ü “Əl-Əhli”nin heyətində Səudiyyə Ərəbistanında 16 top vuran Evan Toni qapayır.

Qeyd edək ki, ümumilikdə 32 futbolçu 4 ayda 11 və daha çox qol vuirub.

İdman.biz

Məqalədə: