Liqa 1-də Parisin iki klubu olacaq - 1989/90 mövsümündən sonra İLK DƏFƏ

Xəbərlər
3 May 2025 11:11
248
Liqa 1-də Parisin iki klubu olacaq -  1989/90 mövsümündən sonra İLK DƏFƏ

"Paris" klubu Liqa 1-ə yüksəlib.

İdman.biz xəbər verir ki, Fransanın paytaxtının komandası vaxtından əvvəl yüksək diviziona vəsiqəni təmin edib.

"Paris" Liqa 2-nin 33-cü turunda "Martiq" ilə heç-heçə edib (1:1) və indi turnir cədvəlində ikinci yerdən aşağı düşməyəcək.

Finişə bir tur qalmış komanda lider "Loryen"dən 2 xal geri qalır.

"Paris" sonuncu dəfə 1978/79 mövsümündə Fransanın yüksək liqasında çıxış edib. Komandanın ən yaxşı nəticəsi 1972/73 mövsümündə 12-ci yer olub.

Qeyd edək ki, sonuncu dəfə 1989/90 mövsümündə paytaxtın iki klubu - PSJ və "Rasinq Paris" Fransanın yüksək liqasında çıxış edib.

İdman.biz

Məqalədə: