“Qusar”ın futbolçusu Orxan Qurbanlı 2024/25 mövsümünü başa vurub.
İdman.biz xəbər verir ki, buna AFFA-nın İntizam Komitəsinin qərarı səbəb olub.
Qurum II Liqada XXIII turun “Göygöl” – “Qusar” oyununun 90-cı dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alan futbolçunu diskvalifikasiya edib. Qurbanlı 4 oyunluq cəzalanıb. “Qusar” isə 300 manat cərimə olunub.
Mövsümün sonuna 3 tur qaldığı üçün Orxan bu çempionatda meydana çıxamayacaq. O, cəza üzündən növbəti mövsümün ilk matçını da buraxmalı olacaq.
İdman.biz