“Ludoqorets”dən “Zirə”nin futbolçusu üçün 800 min avroluq təklif

Xəbərlər
1 May 2025 15:02
228
“Ludoqorets”dən “Zirə”nin futbolçusu üçün 800 min avroluq təklif

Bolqarıstanın “Ludoqorets” klubu “Zirə”nin futbolçusuna elçi düşüb.

İdman.biz Africafoot.com-a istinadən xəbər verir ki, Razqrad təmsilçisi qvineyalı vinger Salifu Sumanın xidmətində maraqlıdır.

Komanda futbolçu ilə bağlı “Zirə”yə təklif göndərib. “Ludoqorets” 21 yaşlı Sumanın Bakı klubu ilə müqaviləsində nəzərdə tutulduğu kimi 800 min avronu ödəməyə razıdır. Onlar vingerlə 3 illik müqavilə imzalamağı planlaşdırır.

Qeyd edək ki, 2023-cü il avqustunda “Zirə”yə keçən Sumanın müqaviləsi 2027-ci il iyunda başa çatacaq.

İdman.biz