Azərbaycan klubunun futbolçusu ölümdən dönüb

Xəbərlər
1 May 2025 14:36
212
Azərbaycan klubunun futbolçusu ölümdən dönüb

Azərbaycan I Liqasında çıxış edən "Mingəçevir" klubunun qapıçısı Emil Həbibov məşq zamanı ciddi xəsarət alıb.

İdman.biz "Sportinfo"ya istinadən xəbər verir ki, futbolçunun məşq zamanı ikili mübarizədə toqquşma zamanı dili qatlanıb.

Həkimlərin və yoldaşlarının köməyi ilə gənc qolkiperin həyatını xilas etmək mümkün olub.

Emil Həbibov I Liqanın 23-cü turunun "Baku Sportinq"lə oyununda ehtiyatda qalıb.

İdman.biz