Ən dəyərli gənc futbolçu – “Böyük beşlik”dən kənarda

Xəbərlər
30 Aprel 2025 16:55
231
Ən dəyərli gənc futbolçu – “Böyük beşlik”dən kənarda

“Böyük beşlik” liqalarında oynamayan ən bahalı gənc futbolçular bəlli olub.

İdman.biz xəbər verir ki, 20 yaşadək oyunçuların siyahısına Yorrel Hato başçılıq edir.

“Ayaks”ın gənc ulduzunun transfer qiyməti 56,2 milyon avrodur. Covani Quendanın dəyəri 40,2 milyondur. O. “Sportinq”in formasını geyinir.

İlk “üçlüy”ü “Ayaks”ın daha bir futbolçusu qapayır. Mika Qodtsun qiyməti 37,1 milyondur.

Qeyd edək ki, CİES-in siyahısında 100 ən bahalı gənc yer alıb. Türkiyənin üç futbolçusu cədvələ daxil edilib. “Beşiktaş”dan Semih Kiliçsoy 19,8, “Kasımpaşa”dan Yasin Özcan 15,2, “Başakşəhər”dən Hamza Güreler 5,4 milyon dəyərə malikdir.

İdman.biz