AFFA Məşqçilər Komitəsinin üzvü Moldovaya gedib

14 Aprel 2025 16:00
294
AFFA Məşqçilər Komitəsinin üzvü Moldovaya gedib

AFFA Məşqçilər Komitəsinin üzvü Əsgər Abdullayev Moldovaya səfər edib.

İdman.biz "Report"a istinadən xəbər verir ki, mütəxəssis Kişineuda təşkil olunan və Azərbaycanın U-17 millisinin də iştirak etdiyi UEFA İnkişaf Turnirinə yollanıb.

Aqil Nəbiyevin rəhbərlik etdiyi U-17 turnirdə ilk matçını bu gün "Zimbru" stadionunda Moldova yığmasına qarşı keçirəcək.

İdman.biz