AFFA-dan hakimi təhqir edən baş məşqçi ilə bağlı qərar

Xəbərlər
8 Aprel 2025 13:50
93
AFFA-dan hakimi təhqir edən baş məşqçi ilə bağlı qərar

AFFA “World Stars” FA komandasının baş məşqçisi Çıraq Behbudovu cəzalandırıb.

İdman.biz xəbər verir ki, bu barədə qərarı İntizam Komitəsi verib.

O, U-11 Liqasında keçirilən İCBFA – “World Stars” FA oyunundakı hərəkətinə görə cəza alıb. Baş məşqçi qarşılaşmanın 48-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırılıb. AFFA baş məşqçini 5 oyun cəzalandırıb.

İdman.biz