“Turan Tovuz” hər oyunda qol vurduğu rəqibinə qarşı

Xəbərlər
5 Aprel 2025 11:22
117
“Turan Tovuz” hər oyunda qol vurduğu rəqibinə qarşı

Bu gün Misli Premyer Liqasının XXIX turu başlayacaq.

İdman.biz xəbər verir ki, ilk oyun gününün yeganə qarşılaşmasında “Səbail” və “Turan Tovuz” üz-üzə gələcək.

Bu, iki komanda arasında ölkə çempionatlarında 12-ci duel olacaq. Əvvəlki oyunların çoxu heç-heçə bitib.

6 bərabərliyin qeydə alındığı matçlarda “Səbail” 2, “Turan Tovuz 3 qələbə qazanıb. Qərblilər top fərqində də minimal üstünlüyə malikdirlər – 15-14.

“Turan Tovuz” bütün oyunlarda qol vurub. “Səbail” son 5 matçda qələbə qazanmayıb.

13.08.2022

Səbail - Turan Tovuz

0:1

15.10.2022

Turan Tovuz - Səbail

2:2

16.03.2023

Səbail - Turan Tovuz

1:1

22.05.2023

Turan Tovuz - Səbail

2:2

26.08.2023

Turan Tovuz - Səbail

1:3

03.11.2023

Səbail - Turan Tovuz

2:1

26.01.2024

Turan Tovuz - Səbail

3:1

30.03.2024

Səbail - Turan Tovuz

1:1

30.08.2024

Turan Tovuz - Səbail

1:0

09.11.2024

Səbail - Turan Tovuz

1:1

01.02.2025

Turan Tovuz - Səbail

1:1

Qeyd edək ki, qarşılaşma saat 17:00-da başlayacaq.

İdman.biz