Millətlər Liqasında yeni rekordçu

Xəbərlər
24 Mart 2025 09:28
149
Millətlər Liqasında yeni rekordçu

Lamin Yamal Millətlər Liqasının tarixinə düşüb.

İdman.biz xəbər verir ki, İspaniya millisinin futbolçusu turnirdə qol vuran ən gənc oyunçu adına yiyələnib.

Yamal 1/4 finalın Niderlandla cavab oyununda (3:3, pen. 5:4) fərqlənib. O, 17 yaş 258 günlüyündə qol vurub.

Qeyd edək ki, bunadək rekord digər ispaniyalı Qaviyə məxsus idi – 17 yaş 304 gün.

İdman.biz