Braziliya millisində itki

22 Mart 2025 11:08
338
Braziliya millisində itki

Braziliya millisinin qapıçısı Alisson komandanın düşərgəsini tərk edib.

İdman.biz xəbər verir ki, buna qolkiperin zədələnməsi səbəb olub.

O, DÇ-2026-nın seçmə mərhələsinin Kolumbiya ilə görüşündə (2:1) xəsarət alıb. Beyin silkələnməsi şübhəsi olan qapıçı başgicəllənməsi səbəbindən əvəzlənib. O, “Liverpul”un düşərgəsinə qayıdacaq və İngiltərədə müayinələrdən keçəcək.

Qeyd edək ki, Braziliya növbəti seçmə oyununu səfərdə Argentinaya qarşı keçirəcək.

İdman.biz