AFFA-dan “lipalar”a görə QƏRAR

19 Mart 2025 12:05
365
AFFA-dan “lipalar”a görə QƏRAR

Region Liqasında keçirilən iki oyunun nəticəsi ləğv edilib.

İdman.biz xəbər verir ki, AFFA bu matçlarda “lipa” aşkarlayıb.

“Ərgünəş” (Füzuli) – “Ümid” (Saatlı) oyununda meydan sahiblərinin heyətində lisenziyası olmayan futbolçular oyuna çıxıb. Füzuli təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib.

“Sabirabad” – “Mil” matçında meydan sahiblərinin heyətində başqa komandanın futbolçusu oyuna çıxıb. Sabirabad təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib.

İdman.biz