“Neftçi” - 8∞ - VİDEO

Xəbərlər
18 Mart 2025 09:58
137
“Neftçi” - 8∞ - VİDEO

Bu gün Azərbaycanın ən qədim peşəkar futbol klubu "Neftçi"nin yarandığı gündür.

İdman.biz xəbər verir ki, Bakı klubunun 88 yaşı tamam olur.

“Ağ-qaralar” 1937-ci ilin martın 18-də "Neftyanik" adı ilə fəaliyyətə başlayıb. 1966-cı ildə SSRİ çempionatlarında ən yaxşı nəticəsinə imza atan komanda bürünc medallara sahib çıxıb. 2 il sonra öz milli adına qovuşan paytaxt təmsilçisi "Neftçi" adlanmağa başlayıb.

Müstəqillik illərində "Neftçi" 9 dəfə Azərbaycan çempionu olub. 6 dəfə ölkə kubokunun, 2 dəfə Superkubokunun qalibi olub.

“Neftçi” avrokubokların qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu kimi tarixi nəticənin müəllifidir. “Ağ-qaralar” 2012/13 mövsümündə Avropa Liqasının əsas mərhələsinə adlayıb.

İdman.biz

Məqalədə: