Vaqif Cavadov hücumçunu komandadan qovub

Xəbərlər
11 Mart 2025 11:39
186
Vaqif Cavadov hücumçunu komandadan qovub

"Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov hücumçu Kamran Quliyevi komandadan qovub.

İdman.biz "Sport24"ə istinadən xəbər verir ki, 25 yaşlı futbolçunun məşqlərə etinasız yanaşması və klubdaxili məsələləri mətbuatda danışması məşqçinin xoşuna gəlməyib.

Cavadov zəif oyununa görə Quliyevi əvvəlcə əvəzedici heyətə göndərib. Ancaq onun bundan dərs çıxarmadığını, əksinə, məşqlərə daha da biganə yanaşdığını görəndə isə, ümumiyyətlə, komandadan
uzaqlaşdırıb.

Qeyd edək ki, Quliyev cari mövsümdə "Sumqayıt"ın heyətində bütün turnirləri nəzərə almaqla 22 oyuna çıxıb və 3 qol vurub.

İdman.biz