“Mançester Siti”nin müdafiəçisi nə vaxt meydana dönəcək?

Xəbərlər
8 Mart 2025 11:58
110
“Mançester Siti”nin müdafiəçisi nə vaxt meydana dönəcək?

“Mançester Siti”nin futbolçusu Natan Akenin durumuna aydınlıq gəlib.

İdman.biz xəbər verir ki, bunu baş məşqçi Pep Qvardiola açıqlayıb.

İspaniyalı mütəxəssis bildirib ki, müdafiəçi yalnız mövsümün sonunda meydanlara qayıda biləcək. 30 yaşlı futbolçu əməliyyat olunub. Onun 10-11 həftədən sonra oynamağa hazır olacağı gözlənilir.

Qeyd edək ki, niderlandlı İngiltərə kubokunun 5-ci mərhələsinin “Plimut”la qarşılaşmasında (3:1)
zədələndiyi üçün əvəzlənmişdi.

İdman.biz

Məqalədə: