Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin Cənubi Koreya klubuna keçidi təxirə düşüb.
İdman.biz Sportal.az-a istinadən xəbər verir ki, buna səbəb “Seul”da əcnəbi oyunçular üçün maaş limitinin olmasıdır.
Məsələ burasındadır ki, "Seul" 2 futbolçunun Çin klubuna keçidinə razılıq veribmiş. Məhz belədə, həmin legionerlərdən qurtularaq, Mahiri heyətə qatmaq istəyib. Amma bunun baş verməməsi, Emrelinin də Cənubi Koreya təmsilçisinə keçidinə mane olub. Çinlilər həmin legionerlərin xidmətindən imtina edib.
Mahirin bu kluba keçib-keçməyəcəyi mövsümün sonunda həllini tapacaq.
Qeyd edək ki, millimizin üzvü “Nürnberq” yayda 1+1 illik müqavilə imzalamışdı.
İdman.biz
