Kriştiano Ronaldo böhran içində olan İspaniyanın "Valensiya" klubunu ala bilər.
İdman.biz xəbər verir ki, bu barədə TCR X-hesabında məlumat paylaşılıb.
Portuqaliyalının Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın timsalında yüksək nüfuzlu investisiya tərəfdaşı tapdığı da bildirilir. Kral ailəsi nümayəndəsinin sövdələşmənin maliyyə hissəsinə cavabdeh olacağı gözlənilir.
"Valensiya" 6 dəfə İspaniya çempionu, 8 dəfə ölkə kubokunun qalibi olub, həmçinin 1 dəfə Kuboklar kuboku, 1 dəfə UEFA kuboku, 2 dəfə UEFA Super kuboku və 2 dəfə də Yarmarkalar kubokunu qazanıb. Amma hazırda “yarasalar” 25 turdan sonra La Liqada 18-ci pillədə qərarlaşıblar.
İdman.biz