"Qalatasaray" və "Fənərbaxça" komandaları arasında oynanılacaq derbini əcnəbi hakim idarə edəcək.
İdman.biz xəbər verir ki, bunu Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlu mətbuat konfransında açıqlayıb.
Qeyd edək ki, fevralın 24-də keçiriləcək "Qalatasaray" - "Fənərbaxça" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
İdman.biz