Azərbaycan derbisinə satılan bilet sayı açıqlanıb

14 Fevral 2025 17:49
528
Azərbaycan derbisinə satılan bilet sayı açıqlanıb

Misli Premyer Liqasının XXIII turu çərçivəsində keçiriləcək “Neftçi” – “Qarabağ” oyununa satılan bilet sayı açıqlanıb.

Bakı təmsilçisindən İdman.biz-ə verilən məlumata görə, Azərbaycan derbisinə hələlik 4500 bilet satılıb.

“Neftçi Arena”da keçiriləcək oyuna 2 gün qaldığından bu sayın artacağı şübhə doğurmur.

Qeyd edək ki, “Neftçi”- “Qarabağ” qarşılaşması fevralın 16-da saat 19:00-da start götürəcək.

İdman.biz