Warning: opendir(/home/idmanbiz/www/cache/): failed to open dir: No such file or directory in /home/idmanbiz/www/classes/Cache/Lite.php on line 642
Tovuz klubunda addəyişmə işlərinə başlanılıb - Açılış olacaq - FOTO - İdman və Biz

Tovuz klubunda addəyişmə işlərinə başlanılıb - Açılış olacaq - FOTO

Xəbərlər
9 Fevral 2025 18:11
217
Tovuz klubunda addəyişmə işlərinə başlanılıb - Açılış olacaq - FOTO

"Turan Tovuz" tezliklə əvvəlki illərdə olduğu kimi "Turan" futbol klubu adlanacaq. Bununla bağlı, rəhbərlik də anons verib.

İdman.biz Sportfm.az-a istinadən xəbər verir ki, artıq bu istiqamətdə əməli işlərə başlanılıb.

Klubun Tovuz şəhər stadionu ərazisində yerləşən futbol akademiyasının binası üzərində "Turan" futbol klubu yazılıb.

Bu isə o deməkdir ki, Tovuz klubu artıq bundan sonra əvvəlki kimi "Turan" adlanacaq.

Yazı akademiyanın üzərinə ötən gün vurulub. Komanda rəhbərliyi məsələ ilə bağlı Ədliyyə Nazirliyinə də müraciət edib.

Ümumiyyətlə isə 2014-cü il oktyabrın 10-na qədər klubun adı "Turan" olub. Həmin tarixdən sonra klub "Turan Tovuz"a çevrilib.

Qeyd edək ki, üzərinə yeni ad həkk olunan akademiya binasının fevralın 14-də açılması gözlənilir.

İdman.biz