Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

Xəbərlər
13 Noyabr 2025 01:41
33
Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

Fransa və Braziliya milli komandaları ABŞ-da yoldaşlıq oyunu keçirmək barədə razılığa gəliblər.

İdman.Biz-in Canal+-a istinadən verdiyi məlumata görə, matç 28 mart 2026-cı ildə Bostondakı “Gillette” stadionunda, 2026-cı il dünya çempionatının keçiriləcəyi məkanlardan biri olan arenada keçiriləcək.

Lakin oyunun keçiriləcəyi tarix hələ təsdiqlənməyib: matç yalnız Fransa dünya çempionatına vəsiqə qazanacağı təqdirdə baş tutacaq. Didye Deşamın komandası seçmə turnirin sonuna iki oyun qalmış D qrupunda liderdir və turnirdə yerlərini təmin etməyə yaxındır.

İdman.Biz