“Barselona”nın idarə heyətinin keçmiş üzvü: “Qoy Laporta Messinin niyə getdiyini desin”

Xəbərlər
13 Noyabr 2025 03:15
25
“Barselona”nın idarə heyətinin keçmiş üzvü: “Qoy Laporta Messinin niyə getdiyini desin”

“Barselona”nın idarə heyətinin keçmiş üzvü və prezidentliyə namizəd Xavi Vilajoana Joan Laportanı Lionel Messinin gedişi ilə bağlı həqiqəti deməyə çağırıb.

“Messinin gedişi maliyyə səbəbləri ilə izah edildi. Dedilər ki, klub dünyanın ən yaxşı oyunçusunu saxlaya bilmir. Əgər bu, maliyyə problemi idisə, indi bunu görmürəm. Yalnız bir şey istəyirəm: qoy Laporta Messinin gedişinin əsl səbəbini desin.

Messidən əl çəkmək lazımdır. Prezident kim olursa olsun, bu klub onun evidir”, - Vilajoana deyib.

İdman.Biz