Juninyo “Qarabağ”dan ayrılıb

13 Yanvar 2025 09:44
383
Juninyo “Qarabağ”dan ayrılıb

“Qarabağ”ın futbolçusu Olavio Juninyo “Flamenqo” ilə müqavilə imzalamaq üçün Braziliyaya yollanıb.

İdman.biz xəbər verir ki, bunu Rio de Janeyro təmsilçisinin futbol direktoru Joze Boto açıqlayıb.

O bildirib ki, 28 yaşlı hücumçunun keçidi ilə bağlı razılıq əldə olunub: “Juninyo yalnız tibbi müayinədən keçdikdən və müqavilə imzaladıqdan sonra bizim futbolçu olacaq. Bu isə hələ baş verməyib”.

Klub rəsmisi qeyd edib ki, Juninyo bu gün Rio de Janeyroda olacaq. O, tibbi müayinədən sonra müqavilə imzalayacaq.

Qeyd edək ki, “Flamenqo” hazırda ABŞ-da təlim-məşq toplanışındadır. Juninyo müqavilə imzaladıqdan sonra komandanın düşərgəsinə yollanmalıdır.

İdman.biz