"Qarabağ"ın futbolçusu Olavio Juninyo "Flamenqo" komandasının baş məşqçisi Felipe Luislə danışdıqdan sonra İspaniya təmsilçisi "Sevilya"ya keçmək fikrindən daşınıb.
İdman.biz xəbər verir ki, bu barədə "Report" Braziliya mətbuatına istinadən məlumat yayıb.
Braziliya A Seriyasında çıxış edən klub Azərbaycan çempionuna və 28 yaşlı hücumçuya yeni təklif göndərib.
"Flamenqo" forvard üçün 5 milyon avro (4+1) ödəmək istəyir. Juninyo üçün nəzərdə tutulan mümkün maaş isə "Sevilya"nın təklifindən üç dəfə çoxdur. Braziliyalı oyunçu ilə üçillik müqavilə imzalamaq niyyətində olan klub mövsümöncəsi onu heyətinə qatmağa çalışacaq.
Qeyd edək ki, "Flamenqo"nun baş məşqçisi Felipe Luis karyerası ərzində İspaniyanın "Atletiko" və İngiltərənin "Çelsi" kimi tanınmış komandalarının, həmçinin 44 oyunda Braziliya millisinin formasını geyinib.
İdman.biz