“Şamaxı”da 5-ci vida

24 Dekabr 2024 15:33
356
“Şamaxı”da 5-ci vida

“Şamaxı” daha bir futbolçu ilə vidalaşıb.

İdman.biz xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

Bölgə təmsilçisi Qurban Səfərovla yollarını ayırıb. 30 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Komandadan ayrılan 5-ci futbolçu olan Səfərov cari mövsümdə Misli Premyer Liqasının 11 oyununda 219 dəqiqə şans qazanıb.

Qeyd edək ki, "Şamaxı" bunadək İlkin Muradov, Giorgi Kantariya, Adil Nağıyev, Ramin Əhmədovla da yollarını ayırıb

İdman.biz