“Şamaxı”dan ayrılan futbolçu “Səbail”də

Xəbərlər
4 Dekabr 2024 13:22
138
“Şamaxı”dan ayrılan futbolçu “Səbail”də

"Səbail" heyətinə yeni futbolçu cəlb edib.

İdman.biz xəbər verir ki, bu barədə "dənizçilər"in mətbuat xidməti məlumat yayıb.

“Şamaxı”dan ayrılmış İlkin Muradovla 1,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 28 yaşlı oyunçu 2022/2023 mövsümündə "Səbail"in heyətində 13 oyunda meydana çıxıb.

İdman.biz