Jorj Mikautadze: “Bir gün mütləq Bakıya gələcəm” - MÜSAHİBƏ

Müsahibə
29 Noyabr 2024 09:05
72
Jorj Mikautadze: “Bir gün mütləq Bakıya gələcəm” - MÜSAHİBƏ

Avropa Liqasının Liqa mərhələsinin V turunun "Qarabağ" - "Lion" matçından (1:4) sonra qonaqların futbolçusu Jorj Mikautadze Apasport.az saytına müsahibə verib.

İdman.biz xəbər verir ki, o, qarşılaşmanı dəyərləndirib.

- Oyunu necə şərh edərdiz?
- Birinci hissədə bizə bir az çətin oldu. İkinci yarıda baş məşqçi oyun üslubunu dəyişdi. Bunun faydasını meydanda gördük. Beləcə daha çox qol vurduq.

- Qələbədən məmnunsan?
- Bakıya 3 xal üçün gəlmişdik. Bizim üçün önəmli olan oyun ərzində çoxsaylı qollar vurmaq yox, qələbə qazanmaq idi.

- "Qarabağ" haqda nə deyə bilərsən?
- “Qarabağ” çox yaxşı komandadır. Onların bu gün qol vurmaq üçün çoxlu şansları oldu. Xoşbəxtlikdən ələ keçirdikləri fürsətlərdən istifadə edə bilmədilər. Biz daha çox qol vurduq. "Qarabağ"ın oyunu xoşuma gəldi.

- Bakını gəzməyə vaxtın oldu? Şəhərimizi bəyəndin?
- Bakıda olduğumuz müddətdə şəhəri gəzməyə çıxdım. Paytaxtınız çox xoşuma gəldi. Gözəl şəhəriniz var. İstirahət üçün bir gün mütləq bura gələcəm.

İdman.biz