AFFA-dan klublara cəza

Xəbərlər
26 Noyabr 2024 14:47
77
AFFA-dan klublara cəza

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

İdman.biz xəbər verir ki, yığıncaqda Misli Premyer Liqasının XIV turunda baş verənlər müzakirə olunub.

Komitə üzvləri xoşagəlməz hadisələrə hüquqi qiymət veriblər. Yekunda AFFA bəzi klubları cəzalandırıb.

“Səbail” – “Qarabağ” oyununda 4 futbolçusu sarı vərəqə alan qonaqlar 700 manat cərimə edilib. Matçın 62-ci dəqiqəsində azarkeşləri tərəfindən lazer işıqdan istifadə edildiyinə görə “Səbail” 500 manat xərcə düşüb. Qarşılaşma bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə Bakı klubu 800 manat cərimələnib.

“Neftçi” – “Zirə” oyununun fasiləsində meydançaya kənar şəxslər daxil olduğuna görə meydan sahibləri 800 manat cərimə edilib.

“Turan Tovuz” – “Sabah” matçında 4 futbolçusu sarı vərəqə alan qonaqlar 700 manat ödəyəcək.

“Sumqayıt” – “Şamaxı” görüşünün 78-ci dəqiqəsində azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə meydan sahibləri 800 manat cərimələniblər.

İdman.biz