Krunoslav Renduliç "Sabah"ı "Mançester Siti" ilə müqayisə edib

Xəbərlər
24 Noyabr 2024 19:56
54
Krunoslav Renduliç "Sabah"ı "Mançester Siti" ilə müqayisə edib

"Buraya qələbə üçün gəlmişdik. Təəssüflər olsun ki, buna müvəffəq olmadıq".

İdman.biz xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Krunoslav Renduliç deyib.

Xorvatiyalı mütəxəssis Misli Premyer Liqasının 14-cü turunun “Turan Tovuz”la oyununda qeydə alınan 1:1 hesablı heç-heçəni şərh edib: "İlk hissədə daha yaxşı ola bilərdik. Son ötürmələrdə çatışmazlıq var idi. İkinci hissənin əvvəlində qol buraxdıq. Bu vəziyyətdən çıxmaq asan deyil. Futbolçularım təslim olmadılar. Bilirdik ki, çətin oyun olacaq. "Turan Tovuz" fiziki cəhətdən yaxşı komandadır. Birinci hissədə ikili mübarizələrdə rəqibə uduzurduq. Yeddi oyundur ki, qalib gələ bilmirik. Üçüncü yerlə aramızda 8 xallıq fərq var. Böyük də görünə bilər, kiçik də. Necə yanaşmağımızdan asılıdır. Qələbə seriyasını yaxaladıqdan sonra fərqi aradan qaldıra bilərik. Bunun üçün potensialı var".

"Sabah"ın baş məşqçisi eniş fikri ilə razı olmayıb: "Oyunumuza eniş olduğunu deməzdim. Layiq olduğumuz xallardan az toplamışıq. Performansla bağlı nəsə deyə bilmərəm. Xal qazana bilmədiyimiz isə aydındır. Bir çox oyunlarda fürsətləri dəyərləndirə bilmədik. "Qarabağ"la matçda 3 real şansımız var idi. "Zirə" və "Neftçi" ilə matçlarda da. Bu, futboldur. "Kəpəz"lə görüşdə yüz faizli epizodları vura bilmədik. Amma son saniyələrdə qapımızda qol gördük. "Mançester Siti" də 5 oyundur məğlub olur".

Qeyd edək ki, "Sabah"ın qələbəsiz oyunlar seriyası 7-yə yüksəlib.

İdman.biz