Vaqif Cavadov: "Eyforiyaya qapılmamalıyıq"

Xəbərlər
3 Noyabr 2024 22:47
131
Vaqif Cavadov: "Eyforiyaya qapılmamalıyıq"

"Çox yaxşı komandaya qarşı oynadıq. Futbolçularım matça yaxşı motivasiya olmuşdular. Məşqdə istədiklərimizi oyunda icra etdilər. Çətin, amma çox lazımlı qələbə idi. Ümidvaram ki, bundan sonra da komandada qələbə ruhu davam edəcək".

İdman.biz xəbər verir ki, "Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov deyib.

Gənc mütəxəssis Misli Premyer Liqasının 12-ci turunda "Sabah"a 1:0 hesablı qələbəni şərh edib: "Oyunboyu qapımızda ciddi problem görmədik. Müdafiədə oturmağımızın məqsədi var idi. 90+5-ci dəqiqədə künc zərbəsindən gözəl qol vurduq. Hər şey istədiyimiz kimi gedirdi. Səbr yaxşı şeydir. Səbrli və istəkli olduq. İndi nəsə demək tezdir. Eyforiyaya qapılmamalıyıq. Hər oyuna qələbə istəyi ilə çıxacağıq. Alınmasa da, öz işimizə davam edəcəyik. Hələ heç nə etməmişik. Çox çətin çempionatdır, hər komanda iddialıdır".

Qeyd edək ki, "Sumqayıt" ardıcıl ikinci oyunda qələbə qazanıb.

İdman.biz