“Burada – Azərbaycanda bizim braziliyalılar çoxdur. Bu ölkədə bizi çox yaxşı qəbul edirlər”.
İdman.biz xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın braziliyalı futbolçusu Felipe Santos deyib.
Misli Premyer Liqasının bombardirlərindən olan cənubi amerikalı Braziliya mətbuatına açıqlamasında Azərbaycan barədə fikirlərini bildirib: “Çünki biz futbol və mədəniyyətdə başqalarının çatmaq istədiyi nümunəyik. Azərbaycana gələn istənilən şəxs özünü evindəki kimi hiss edir. Buradakı insanlar həqiqətən çox qonaqpərvərdirlər və istənilən an kömək etməyə hazırdırlar. Azərbaycanda yaşamaq çox xoşdur. Çıxış etdiyim “Araz-Naxçıvan”da da braziliyalılar çoxdur. Bu amil komandaya uyğunlaşmağa kömək edir. Komandamıza yeni zirvələrə çatmaqda və layihənin yaxşı nəticələrlə həyata keçməsinə çalışırıq”.
Qeyd edək ki, hazırda “Araz-Naxçıvan” 11 oyundan sonra 24 xalla turnir cədvəlində üçüncüdür. Felipe isə 6 qolla bombardirlər yarışında zirvəyə şərikdir.
İdman.biz